Qelebə.az / "Yuventus" yeni transferini təqdim edib

"Yuventus" yeni transferini təqdim edib

15-01-2025, 23:00

İtaliyanın "Yuventus" futbol klubu Portuqaliyanın "Vitoria" komandasından Alberto Koştanı transfer edib.

"Report" xəbər verir ki, bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.

Turinlilər sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Alberto Koşta cari mövsüm "Vitoria"nın heyətində 21 oyunda 1 qol vurub.

Geri qayıt