Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti tur başlayır

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti tur başlayır

17-01-2025, 09:44

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura bu gün start veriləcək.

"QELEBE.AZ"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" görüşü başlayacaq.

Hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.

Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Geri qayıt