Qelebə.az / "Mançester Siti" Erlinq Holannın müqaviləsinin müddətini 2034-cü ilədək uzadır

"Mançester Siti" Erlinq Holannın müqaviləsinin müddətini 2034-cü ilədək uzadır

17-01-2025, 12:28

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Erlinq Holannla müqavilənin müddətini uzadır.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

24 yaşlı hücumçunun yeni sözləşməsi 2034-cü ilin yayınadək nəzərdə tutulacaq.

Norveçli forvardın hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatmalı idi.

Qeyd edək ki, 2022-ci ildən "şəhərlilər"in formasını geyinən Erlinq Holann iki dəfə İngiltərə Premyer Liqasının, bir dəfə ölkə kubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Geri qayıt