Qelebə.az / "Barselona" “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan klub kimi tarixə düşüb

"Barselona" “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan klub kimi tarixə düşüb

18-01-2025, 12:48

İspaniya təmsilçisi "Barselona" rəsmi “YouTube” kanalında 20 milyondan çox abunəçisi olan ilk klub kimi tarixə düşüb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın 2006-cı ildən fəaliyyət göstərən "YouTube" kanalında hazırda 20.1 milyon izləyici var.

Qeyd edək ki, "Barsa"nın əzəli rəqibi "Real" (Madrid) 16,3 milyon izləyici toplaya bilib.

Geri qayıt