Qelebə.az / “Neftçi”nin üç futbolçusu zədə səbəbindən "Sabah"la görüşü buraxacaq

“Neftçi”nin üç futbolçusu zədə səbəbindən "Sabah"la görüşü buraxacaq

18-01-2025, 20:10

“Neftçi”nin üç futbolçusu zədə səbəbindən Misli Premyer Liqasının XIX turunda qarşılaşacaqları “Sabah”la oyunu buraxmaq məcburiyyətində qalacaq.

"Report" xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo zədə səbəbindən "bayquşlar"a qarşı matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Sabah” oyunu sabah saat 18:30-da start götürəcək.

Geri qayıt