Qelebə.az / Futbol üzrə Azərbaycan çempionatlarının ən erkən startı qeydə alınıb

Futbol üzrə Azərbaycan çempionatlarının ən erkən startı qeydə alınıb

19-01-2025, 11:01

Futbol üzrə Azərbaycan çempionatlarının ən erkən startı qeydə alınıb.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 2024/2025 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb.

Bu, ölkə çempionatlarında ilin ən erkən startı olub. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.

Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/2021 mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.

Geri qayıt