Qelebə.az / Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib

22-01-2025, 19:14

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tura start verilib.

"QELEBE.AZ"un məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

"Gənclər"in MOİK-lə üz-üzə gəldiyi qarşılaşmada "hərbiçilər" 3:2 hesabı ilə qalib gəliblər. "Xilasedici" - "Neftçi" görüşündə isə birincilər 3:0 hesablı qələbəyə seviniblər.

Görüşlər müvafiq olaraq Sumqayıt Olimpiya İdman Kompleksi və Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil edilib.

Qeyd edək ki, tura yanvarın 23-də gerçəkləşəcək “Azərreyl” - “Murov Az Terminal” oyunu ilə yekun vurulacaq.

Geri qayıt