Qelebə.az / "Mançester Siti"nin futbolçusu karyerasını İtaliyada davam etdirəcək

"Mançester Siti"nin futbolçusu karyerasını İtaliyada davam etdirəcək

22-01-2025, 20:01

İngiltərə təmsilçisi "Mançester Siti"nin müdafiəçisi Kayl Uoker karyerasını İtaliyada davam etdirəcək.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

34 yaşlı oyunçu icarə əsasında "Milan"da çıxış edəcək. "Rossonerilər" istəyə uyğun onu transfer etmək hüququna da malik olacaqlar.

Qeyd edək ki, K.Uolker 2017-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.

Geri qayıt