Qelebə.az / Qar voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub

Qar voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub

26-01-2025, 17:17

"Şahdağ" Turizm Mərkəzində təşkil olunan qar voleybolu üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub.

"QELEBE.AZ"un Şahdağa ezam olunan əməkdaşının məlumatına görə, yarışın ikinci günündə həlledici oyunlar keçirilib.

Qadınlar arasında 3-cü yer uğrunda oyunda “Gəncə” komandası U-21 millisinə 2:0 hesabı ilə qalib gəlib. Final görüşündə isə "Azərreyl" eyni hesabla “Murov Az Terminal”dan üstün olub.

Kişilərin mübarizəsində "Gənclər"i məğlub edən (2:0) U-21 bürünc medal qazanıb. Çempionluğu isə “Murov Az Terminal”ı üstələyən (2:0) "Azərreyl" qazanıb.

Sonda qaliblər Azərbaycan Voleybol Federasiyası tərəfindən mükafatlandırılıblar.

Geri qayıt