Qelebə.az / Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblar

Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblar

27-01-2025, 09:42

Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.

Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.

Geri qayıt