Qelebə.az / Azərbaycan qılıncoynadanı Estoniyada bürünc medal qazanıb

Azərbaycan qılıncoynadanı Estoniyada bürünc medal qazanıb

27-01-2025, 16:02

Qılıncoynatmanın şpaqa növü üzrə Azərbaycan millisinin üzvü Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 20 yaşadək idmançıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan qılıncoynadan bu mərhələdə latviyalı həmkarı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.

Onun 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. V.Fətullayev bu dəfə Nikita Aniskodan üstün olub - 15:6.

Azərbaycan təmsilçisi yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə yenib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında Estoniya şpaqaçısı Marek Puhma uduzub - 13:14.

Geri qayıt