Qelebə.az / AFFA aşağı liqalarda keçirilməsi planlaşdırılan oyunları hava şəraitinə görə təxirə salıb

AFFA aşağı liqalarda keçirilməsi planlaşdırılan oyunları hava şəraitinə görə təxirə salıb

7-02-2025, 16:42

AFFA fevralın 8-9-da aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.

Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan AFFA U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Geri qayıt