Qelebə.az / "Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

"Sumqayıt"ın stadionunda köməkçi meydançanın ot örtüyü dəyişdirilir

21-11-2022, 17:49

"Sumqayıt"ın ev oyunlarını keçirdiyi "Kapital Bank Arena" stadionunda köməkçi meydançanın süni ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Klubdan "Report"a verilən məlumata görə, istismar müddətini başa vurmuş örtük yenisi ilə əvəz olunacaq.

İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.

Geri qayıt