Qelebə.az / Avropa çempionatı: Azərbaycan millisi bu gün sonuncu matçını keçirəcək

Avropa çempionatı: Azərbaycan millisi bu gün sonuncu matçını keçirəcək

14-02-2025, 09:34

Azərbaycanın badminton millisi Bakıda təşkil olunan qarışıq komandalar arasında Avropa çempionatında bu gün sonuncu matçını keçirəcək.

"Report" xəbər verir ki, Morteza Validarvinin baş məşqçisi olduğu kollektiv I qrupda Danimarka ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşma saat 10:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrupda keçirdiyi oyunlarda İngiltərə və İspaniyaya 2:3 hesabı ilə məğlub olaraq yarımfinal şansını itirib. Hazırda Danimarka millisi 2 xalla qrup lideridir. Hərəyə 1 xal qazanan İspaniya ilə İngiltərə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Xalı olmayan Azərbaycan millisi sonuncudur.

Geri qayıt