Qelebə.az / "Mançester Siti"nin müdafiəçisi İtaliya klubuna birdəfəlik transfer oluna bilər

"Mançester Siti"nin müdafiəçisi İtaliya klubuna birdəfəlik transfer oluna bilər

15-02-2025, 14:17

İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Kayl Uoker hazırda icarə əsasında oynadığı "Milan"a (İtaliya) birdəfəlik transfer oluna bilər.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu İtaliya təmsilçisindəki durumundan razıdır.

Həmçinin Milan klubunun onu transfer etməyə hazırlaşdığı bildirlib. İcarə müqaviləsində futbolçunun 5 milyon avroya transfer edilməsi ilə bağlı bənd yer alsa da, İtaliya klubu daha aşağı məbləğ təklif etmək niyyətindədir.

Qeyd edək ki, futbolçu 2017-ci ildən Mançester klubundadır. Onun "Milan"la icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Geri qayıt