Qelebə.az / Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

Rafael Ağayev "Karate Combat"da titul görüşünə çıxacaq

23-11-2022, 15:35

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat"da ağır çəkidə titul görüşünə çıxacaq.

"QELEBE.AZ"un məlumatına görə, 37 yaşlı idmançı dekabrın 17-də ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.

Ağayev rəsmi instaqram hesabında istəyinin kəməri qazanmaq olduğunu bildirib: "Allah utandırmasın. Hər kəs dua etsin. Əlimdən gələni edəcəyəm. Bu kəməri qazansam, yeni versiya üzrə dünya çempionu olacağam".

Bu gönderiyi Instagram'da gör

Rafael Aghayev (@aghayev_rafael999)'in paylaştığı bir gönderi

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.

Geri qayıt