Qelebə.az / Azərbaycan boksçuları Gürcüstan millisi ilə birgə hazırlığa başlayıblar

Azərbaycan boksçuları Gürcüstan millisi ilə birgə hazırlığa başlayıblar

4-03-2025, 16:13

Azərbaycanın yeniyetmə boksçulardan ibarət millisi Gürcüstan yığması ilə birgə hazırlığa başlayıb.

Boks Federasiyasından "Report"a verilən məlumata görə, Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışı keçir.

Gürcüstan yığması ilə birgə hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və yığma ertəsi gün Bakıya qayıdacaq.

Geri qayıt