Qelebə.az / Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

Azərbaycan boksçusu beynəlxalq turnirdə yarımfinala vəsiqə qazanıb

6-03-2025, 12:00

Azərbaycanın gənc bokçusu Banuçiçək Nəsirli (48 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində yarımfinala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, idmançı 1/4 finalda qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib.

Görüş Nəsirlinin qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Geri qayıt