Qelebə.az / Qadın şahmatçımızdan dünya çempionatında gümüş medal

Qadın şahmatçımızdan dünya çempionatında gümüş medal

7-03-2025, 22:15

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.

Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva qızların yarışında ikinci yeri tutub.

Təmsilçimiz bu gün keçirilən 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan dünya çempionatının gümüş medalına layiq görülüb. Qızıl medalı 9 xal toplayan Anna Şuxman qazanıb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Geri qayıt