Qelebə.az / Azərbaycanlı atlet finala vəsiqə qazanıb

Azərbaycanlı atlet finala vəsiqə qazanıb

7-03-2025, 20:00

Azərbaycan atleti Rüstəm Məmmədov Niderlandın Apeldorn şəhərində keçirilən Avropa çempionatında üçtəkanla tullanma növü üzrə yarışda finala adlayıb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

O, 16.28 m nəticə ilə həlledici mərhələyə yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı martın 9-dək davam edəcək.

Geri qayıt