Qelebə.az / Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi

Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi

6-03-2025, 11:34

Martın 12-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər bəlli olub.

Dünya çempionatında iştirak edən 32 komanda 4 səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb. 

Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.

Geri qayıt