Qelebə.az / AFFA İntizam Komitəsi hakimlər otağına girən baş məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi hakimlər otağına girən baş məşqçini cəzalandırıb

10-03-2025, 12:18

Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" komandasının baş məşqçisi Amit Quluzadə 3 oyunluq cəzalandırılıb.

"QELEBE.AZ" xəbər verir ki. bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna mütəxəssisin XVII turda MOİK-lə görüşdən sonra hakimlərin qərarına etiraz etdikdən sonra qırmızı vərəqə alması və ədalət təmsilçilərinin otağına daxil olması səbəb olub. “Qaradağ Lökbatan” klubu 300 manat cərimə edilib.

"İmişli"nin legioneri Gilyerme Silva isə 4 oyunluq cəza ilə üzləşib. O, "Mingəçevir"lə görüşdə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı. Bölgə təmsilçisi onun bu hərəkətinə görə 300 manat ödəyəcək.

Geri qayıt