Qelebə.az / "Ordu" heyətini amerikalı basketbolçu ilə gücləndirib

"Ordu" heyətini amerikalı basketbolçu ilə gücləndirib

10-03-2025, 14:01

"Ordu" kollektivi heyətini ABŞ-dən olan basketbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Jervon Presslini heyətinə qatıb. 32 yaşlı oyunçu cari mövsümün sonuna qədər "Ordu"nun şərəfini qoruyacaq.

ABŞ və Avropada bir sıra klublarda çıxış etmiş Jervon Pressli 203 sm boya malikdir.

Geri qayıt