Qelebə.az / Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Lüksemburqa uduzub

Azərbaycan millisi Avropa çempionatının II seçmə mərhələsində Lüksemburqa uduzub

12-03-2025, 17:53

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində Lüksemburqa uduzub.

“QELEBE.AZ” xəbər verir ki, B Liqasının II qrupunda yer alan yığma rəqibinə 0:5 hesabı ilə məğlub olub.

Qarşılaşma Bayıl stadionunda baş tutub.

Qrupun digər oyununda Bolqarıstan Maltaya 5:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun bütün görüşləri Bakıda keçirilir.

Geri qayıt