Almaniya Bundesliqası komandalarından "Bavariya" futbolçusu Coşua Kimmixlə yeni müqavilə imzalayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xisməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə 2029-cu ildə başa çatacaq müqavilə imzalanıb.
Xatırladaq ki, Almaniya millisinin üzvü "Bavariya"ya 2015-ci ildə "Ştutqart"dan transfer olunmuşdu.
Qeyd edək ki, 30 yaşlı oyunçu bu mövsüm Bavyera təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol, 10 assistlə yadda qalıb.