Qelebə.az / DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

DÇ-2022: Portuqaliya 1/8 finala çıxan 3-cü komanda olub

29-11-2022, 00:59

Qətərdə təşkil olunan DÇ-2022-də II tura yekun vurulub.

QELEBE.AZ saytının məlumatına görə, turun son matçı H qrupunda keçirilib.

Mundialın 9-cu gününün son görüşündə Portuqaliya Uruqvayı sınağa çəkib.

Kriştiano Ronaldu və komandası 1/8 finala vəsiqəni təmin etmək üçün qalib gəlməli idi.

Cənubi amerikalılar isə ilk qələbəyə köklənmişdir. Cənubi Koreyanı məğlub edə bilməyən uruqvaylılar daha güclü rəqibi büdrətmək niyyətində olub.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək qrupun son turunda Portuqaliya Cənubi Koreya ilə, Uruqvay isə Qana ilə qarşılaşacaq.

DÇ-2022, qrup mərhələsi
28 noyabr, II tur
H qrupu
23:00.
Portuqaliya - Uruqvay - 1:0

Qol: Bruno Fernandeş, 54

Geri qayıt