Qelebə.az / Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

29-11-2022, 13:35

Millətlər Liqasının final turnirinin yeri müəyyənləşib.

QELEBE.AZ saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Qurumun İcraiyyə Komitəsi turnirin Niderlandda keçirilməsinə qərar verib. A liqasının qrup qalibləri Rotterdam və Enshede şəhərlərindəki matçlarda mübarizə aparacaq.

Yarımfinal 2023-cü il iyunun 14-15-də, 3-cü yer və final oyunları 18-də keçiriləcək. Yarımfinalın püşkü yanvarda atılacaq.

Qeyd edək ki, final turnirində Niderland, Xorvatiya, İtaliya və İspaniya mübarizə aparacaq.

Geri qayıt