Qelebə.az / Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

29-11-2022, 16:14

Kiyevin Peçersk məhkəməsi Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Pavelko barəsində həbs-qətimkan tədbiri seçib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə jurnalist Konstantin Andriyuk bildirib.

Onun sözlərinə görə, UAF rəhbəri yanvarın 22-dək həbsdə qalacaq. Pavelko 9 milyon 880 min qrivna (təxminən, 270 min ABŞ dolları) məbləğində girov müqabilində azad oluna bilər.

Pavelko vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

Geri qayıt