Qelebə.az / DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə start verilib - NƏTİCƏLƏR

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə start verilib - NƏTİCƏLƏR

22-03-2025, 01:58

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinə start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə 6 matç keçirilib.

3 qrupda I turun görüşləri baş tutub. H, G və K qruplarında mübarizə başlayıb.

İngiltərə Albaniyanı 2 qolla məğlub edib, Polşa isə son dəqiqələrdə vurduğu qolla Litvadan üstün olub.

Bosniya çətin Rumıniya səfərindən qələbə ilə qayıtmağı bacarıb. Finlandiya isə eyni hesablı qələbə ilə Maltanı üstələyib.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
I tur, 21 mart

H qrupu
21:00. Kipr – San Marino 2:0
23:45. Rumıniya – Bosniya və Herseqovina 0:1

G qrupu
23:45. Polşa – Litva 1:0
23:45. Malta - Finlandiya 0:1

K qrupu
23:45. İngiltərə - Albaniya 2:0
23:45. Andorra – Latviya 0:1

Geri qayıt