Qelebə.az / "Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı

"Real"da 5 illik yeni müqavilə - İlin transferi tamamlandı

25-03-2025, 11:10

La Liqa nəhənglərindən "Real Madrid" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. 

Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi uzun müddətdir maraqlandığı Trent Aleksandr Arnold ilə anlaşıb. 

Madrid nəhəngi ingilis futbolçu ilə 5 illik müqavilə imzalayacaq.

Arnold yay transfer dönəmində azad agent kimi "Real"a qoşulacaq. 

Cari mövsümdə "Liverpul" un heyətində 39 rəsmi oyuna çıxan 26 yaşlı futbolçu 3 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
 

Geri qayıt