Qelebə.az / Dani Olmo "Osasuna" ilə matçda zədələnib

Dani Olmo "Osasuna" ilə matçda zədələnib

28-03-2025, 09:37

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo "Osasuna" ilə matçı davam etdirə bilməyib.

QELEBE.AZ xəbər verir ki, 28-ci dəqiqədə zədələnən Olmo meydanı tərk edib. Onun əvəzinə meydana Fermin Lopez daxil olub.

İlkin müayinəyə görə, Olmonun zədəsi ciddi deyil. 

Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Geri qayıt