Qelebə.az / "Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq

"Turan Tovuz" - "Qarabağ" oyunu təyin olunmuş vaxtdan gec başlayacaq

28-03-2025, 19:27

Misli Premyer Liqasının XXVIII turunda üz-üzə gələcək "Turan Tovuz" və "Qarabağ" komandalarının oyunu təyin olunmuş vaxtdan gec başlayacaq.

"QELEBE.AZ"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, Ramazan ayı ilə əlaqədar qarşılaşma 5 dəqiqə gec start götürəcək.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək görüşün saat 19:30-da başlaması nəzərdə tutulmuşdu.

Geri qayıt