Bu gün basketbol üzrə Azərbaycan Kubokunda final cütləri bəlli olub.
QELEBE.AZ xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə qarşılaşıb.
NTD rəqibini 88:83 hesabı ilə üstələyib.
Digər yarımfinal matçında isə "Gəncə" "Naxçıvan"ı məğlub edib - 86:80.
Qeyd edək ki, ötən mövsüm "Neftçi" kubokun sahibi olub.