Qelebə.az / Referimiz Macarıstan-Lüksemburq oyununa təyinat alıb

Referimiz Macarıstan-Lüksemburq oyununa təyinat alıb

1-04-2025, 19:04

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Əliyev milli komandaların oyunlarına təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi komandaları arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnirində bir neçə görüşdə referilik edəcək.

Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan - Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan - Macarıstan matçında iş başında olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüş Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.

Geri qayıt