Qelebə.az / Premyer Liqa klubu braziliyalı ilə müqavilə yeniləyib

Premyer Liqa klubu braziliyalı ilə müqavilə yeniləyib

1-04-2025, 18:21

İngiltərə Premyer Liqası təmsilçilərindən “Vulverhempton” Joao Qomezlə müqavilə yeniləyib.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilə qədər razılaşma əldə olunub.

Xatırladaq ki, “Volves” Qomezi 2023-cü ildə “Flamenqo”dan 18,7 milyon avro müqabilində heyətinə qatmışdı.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm İngiltərə təmsilçisinin heyətində iştirak etdiyi 31 rəsmi matçda 4 qol, 2 assistlə yadda qalıb. 

Geri qayıt