Qelebə.az / Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçinin müqavilə müddətini uzadıb

Premyer Liqa təmsilçisi 33 yaşlı müdafiəçinin müqavilə müddətini uzadıb

3-04-2025, 20:31

İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl" müdafiəçisi Fabian Şerlə müqavilə müddətini uzadıb.

"Report" forty”a istinadən xəbər verir ki, 33 yaşlı isveçrəli futbolçu 2026-cı ilin iyun ayına qədər "ağ-qaralar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Fabian Şer 2018-ci ildən “Nyukasl”da çıxış edir. O, bu müddət ərzində 221 oyuna çıxıb və 19 qol vurub.

Geri qayıt