Qelebə.az / "Bavariya" Leroy Sane ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır

"Bavariya" Leroy Sane ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır

4-04-2025, 12:58

Almaniyanın "Bavariya" klubu Leroy Sane ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti iyunda başa çatacaq.

Sanenin yeni müqaviləsinin 3 illik olacağı və "Bavariya"da qalmaq üçün maaşının cüzi azaldılacağı bildirilir. Almaniya millisinin hücumçusunu İngiltərə təmsilçisi "Arsenal" da heyətində görmək istəyir.

Qeyd edək ki, L.Sane 2025-ci ildə Bundesliqada meydana çıxdığı 12 oyunda 6 qol və 3 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt