Türkiyə I liqasında XXXII turun oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, millimizin üzvü Coşqun Diniyevin çıxış etdiyi "Çorum" doğma meydanda "Esenler Erokspor" ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada qapılara 6 top vurulub. Görüş 3:3 hesablı məhsuldar heç-heçə ilə yekunlaşın.
Diniyev bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, bu matçdan sonra "Çorum" 47 xalla turnir cədvəlinnin 7-ci pilləsində qərarlaşıb.