Qelebə.az / Vadim Kuramşin: "Bir-iki səhv nəticəyə mənfi təsir göstərdi"

Vadim Kuramşin: "Bir-iki səhv nəticəyə mənfi təsir göstərdi"

6-04-2025, 17:32

Azərbaycan Basketbol Liqasının "Gəncə" ilə görüşündən (92:94) sonra "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşin klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, matç barədə düşüncələrini bildirib:

"İstənilən halda, əsas məqsədimiz müntəzəm çempionatı zədəsiz başa vurmaq idi. Çünki sərəncamımda cəmi 4 legioner oyunçu var. Zayon Yanq zədəsini yeni sağaldıb, reabilitasiya mərhələsini başa vurub. Ona görə də uşaqlardan qeyri-adi nəsə tələb edə bilməzdim. Hamısı yaxşı oynadı. Sadəcə bir-iki səhv nəticəyə mənfi təsir göstərdi. Mövsümün son matçlarında sərgilədiyimiz oyun pley-ində nikbinliyə əsas verir. Belə istəkli oynasaq, məncə, pley-offa çıxacağıq".

Geri qayıt