Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olacaq. Nikşiç şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.
Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüş "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq. Hazırda hər iki komanda hərəyə 4 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşür.
8 aprel
20:00. Monteneqro (Qadınlar) - Azərbaycan (Qadınlar)
Baş hakim: Marta San Juan
Baş hakimin köməkçiləri: Carlos Gonçalves, Luis Acosta
Dördüncü hakim: Antoine Chiaramonti
Nikşiç şəhər stadionu.