Qelebə.az / Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi

Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi

8-04-2025, 15:39

"Mançester Siti" mart ayının ən yaxşı futbolçusunu seçib.

QELEBE.AZ xəbər verir ki, mükafatı qış transfer pəncərəsində komandaya qoşulan hücumçu Ömər Marmuş qazanıb.

Marmuş keçən ay "Mançester Siti"nin heyətində 3 oyuna çıxıb. Misirli forvard bu oyunlarda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Mançester Siti” hazırda İngiltərə Premyer Liqasının cədvəlində altıncı yerdədir. Pep Qvardiolanın komandası dördüncü pillədəki “Çelsi”dən cəmi 1 xal geri qalır. 

Geri qayıt