Qelebə.az / Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb

10-04-2025, 19:09

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün keçirilməli olan  "Abşeron" - NTD oyunu təxirə salınıb.

Azərbaycan Basketbol Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, qarşılaşma Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problemə görə təxirə düşüb.

Matç sabah 16:00-da baş tutacaq.

Qeyd edək ki, görüş bu gün saat 19:00-da başlamalı idi.

Geri qayıt