Qelebə.az / “Qalatasaray” “Samsunspor” səfərindən 3 xalla qayıdır

“Qalatasaray” “Samsunspor” səfərindən 3 xalla qayıdır

11-04-2025, 22:59

Türkiyə Super Liqasında XXXI tura start verilib.

QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

Lider "Qalatasaray" səfərdə "Samsunspor"la üz-üzə gəlib. İlk dəqiqələrdən üstünlüyü ələ alan qonaqlar rəqibini 2 cavabsız qolla məğlub etməyi bacarıb - 2:0.

"Sarı-qırmızılılar" bu qələbə nəticəsində turnir cədvəlində xallarının sayını 74-ə çatdırıb.

Türkiyə Super Liqası
XXXI tur

21:00. “Samsunspor” - “Qalatasaray” - 0:2
Qollar: Y. Akgün, 14, V. Osimhen, 47

Geri qayıt