Qelebə.az / Premyer Liqa: “Siti”dən darmadağın, “Everton”dan minimalhesablı qələbə

Premyer Liqa: “Siti”dən darmadağın, “Everton”dan minimalhesablı qələbə

12-04-2025, 20:11

İngiltərə Premyer Liqasında XXXII tura start verilib.

Apasport.az xəbər verir ki, bu mövsüm gözləntiləri qarşılaya bilməyən "Mançester Siti" öz meydanında "Kristal Pelas"la qarşılaşıb.

Ev sahibləri ilk 20 dəqiqədə 2 qol buraxsalar da, "şəhərlilər" rəqibini 5:2 hesabı ilə məğlub edə bilib.

Turun digər matçında "Nottingem Forest" evində "Everton"a 0:1 hesabı ilə məğlub olub.

İngiltərə Premyer Liqası
XXXII tur

15:30. "Mançester Siti" - "Kristal Pelas" - 5:2
18:00. "Nottingem Forest" - "Everton" - 0:1
18:00. "Sounthempton" - "Aston Villa" - 0:3
18:00. "Brayton" - "Lester Siti" - 2:2

Geri qayıt