Qelebə.az / Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib

Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib

13-04-2025, 18:52

Misli Premyer Liqasının XXX turunda “Kəpəz” “Araz-Naxçıvan”la heç-heçə edib.

“QELEBE.AZ” xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra “Araz-Naxçıvan” hazırda 52 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumqayıt”ı (2:1) məğlub edib.

Geri qayıt