Qelebə.az / "Bavariya"nın futbolçusu "Arsenal"a keçə bilər

"Bavariya"nın futbolçusu "Arsenal"a keçə bilər

15-04-2025, 10:24

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman karyerasını İngittərədə davam etdirə bilər.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı vingeri heyətinə qatmaq niyyətindədir.

"Topçular" keçidin mümkünlüyünü öyrənmək üçün Münhen təmsilçisi ilə əlaqə də saxlayıb.

Qeyd edək ki, K.Koman cari mövsüm "Bavariya"da 35 oyun keçirib, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt