Qelebə.az / Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb

15-04-2025, 19:24

Azərbaycanlı ağırlıqqaldıra İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.

Geri qayıt