Qelebə.az / "Borussiya"nın futbolçusu Çempionlar Liqasında yeni rekorda imza atıb

"Borussiya"nın futbolçusu Çempionlar Liqasında yeni rekorda imza atıb

16-04-2025, 10:10

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Seru Qirassi UEFA Çempionlar Liqasında (ÇL) rekorda imza atıb.

"Report" xəbər verir ki, 29 yaşlı hücumçu buna İspaniya təmsilçisi "Barselona"ya qalib gəldikləri (3:1) 1/4 final mərhələsinin cavab matçında nail olub.

Het-trik edən qvineyalı forvard cari mövsüm turnirdə 13 dəfə fərqlənib. O, afrikalı oyunçular arasında ÇL-də bir mövsümdə vurduğu qollara görə rekordçudur.

S.Qirassi Dortmund klubunun sabiq futbolçusu Sebastyan Allenin (2021/2022 - 11 qol) nailiyyətini geridə qoyub.

Qeyd edək ki, səfərdə "Barselona"ya dörd cavabsız qolla uduzan "Borussiya" Çempionlar Liqası ilə vidalaşıb.

Geri qayıt