Qelebə.az / "Liverpul" Vircil van Deyklə müqavilə müddətini uzadıb

"Liverpul" Vircil van Deyklə müqavilə müddətini uzadıb

17-04-2025, 14:19

İngiltərə təmsilçisi "Liverpul" müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, van Deyk 2018-ci ildən çıxış etdiyi "Liverpul"un heyətində 314 oyun keçirib və 27 qol vurub.

Geri qayıt