Qelebə.az / “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq

“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq

17-04-2025, 16:03

Bu il keçiriləcək “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq.

"Report" xəbər verir ki, bu barədə yarışın rəsmi sosial media hesabında məlumat verilib.

Ötən illə müqayisədə pul mükafatı 5,21 % artıb ki, bu da 2,87 milyon avro deməkdir. Lakin raundlar arasında vəsaitin bölüşdürülməsinin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, turnir mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək. Yarışın son qalibləri kişilər arasında ispaniyalı Karlos Alkaras, qadınlarda isə polşalı tennisçi İqa Svyontekdir.

Geri qayıt